Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Mən artıq heç kimdən qorxmuram"



Osmanova Səbnəm Talıb qızı 2008-ci ildə Rusiya Federasiyasının Urenqoy səhərində anadan olub. Hazırda Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayır. Qəsəbədəki Alxan Alxanov adına tam orta məktəbinin 4 b sinif şagirdidi. Sinif rəhbəri Şamaxının tanınmış pedaqoqu Vəfa Vahidovadır.

Taekvondo idman növü ilə məşğul olan Şəbnəm artıq göy kəmər sahibidir. İndiyə qədər bir neçə yarışın qalibi olub.

- Şəbnəm, böyüyəndə kim olmaq istəyirsən?

- Mən anamı çox istəyirəm. O nə məsləhət bilsə o olacam. Anam Fəxriyyə xanım çox səliqəli və tələbkar anadır.

- Bəs atan, baban, nənən necə?

- Atam Talıb həm yaxşı insan, həm də qayğıkeş atadır. Babam Ələsgər də Sabir qəsəbəsinin hörmətli sakinidir. Nənələrim Qəribə və Sitarə xanımlar da məni çox istəyirlər.

- Şəbnəm, bəs taekvondo ilə məşğul olmaq sənə nə verir?


- Özümə inam. Bir də mən artıq heç kimdən qorxmuram. Bir anamdan başqa (gülür).

Alxas Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş