Əsas Səhifə > Araşdırma > "Mən artıq heç kimdən qorxmuram"
"Mən artıq heç kimdən qorxmuram"9-12-2017, 13:13 |
Osmanova Səbnəm Talıb qızı 2008-ci ildə Rusiya Federasiyasının Urenqoy səhərində anadan olub. Hazırda Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayır. Qəsəbədəki Alxan Alxanov adına tam orta məktəbinin 4 b sinif şagirdidi. Sinif rəhbəri Şamaxının tanınmış pedaqoqu Vəfa Vahidovadır. Taekvondo idman növü ilə məşğul olan Şəbnəm artıq göy kəmər sahibidir. İndiyə qədər bir neçə yarışın qalibi olub. - Şəbnəm, böyüyəndə kim olmaq istəyirsən? - Mən anamı çox istəyirəm. O nə məsləhət bilsə o olacam. Anam Fəxriyyə xanım çox səliqəli və tələbkar anadır. - Bəs atan, baban, nənən necə? - Atam Talıb həm yaxşı insan, həm də qayğıkeş atadır. Babam Ələsgər də Sabir qəsəbəsinin hörmətli sakinidir. Nənələrim Qəribə və Sitarə xanımlar da məni çox istəyirlər. - Şəbnəm, bəs taekvondo ilə məşğul olmaq sənə nə verir? - Özümə inam. Bir də mən artıq heç kimdən qorxmuram. Bir anamdan başqa (gülür). Alxas Məmmədov Geri qayıt |