"Mingəçevir Reqatası-2023"də iştirak edəcək ölkələr açıqlanıb
Oktyabrın 25-də start götürəcək avarçəkmə üzrə "Mingəçevir Reqatası-2023"də 8 ölkədən 14 komanda iştirak edəcək.
BrendSport.az xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistan təmsilçiləri mübarizə aparacaqlar.
Turnirə 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı qatılacaq.
Bildirilib ki, yarışda federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməsinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.
Facebook-da paylaş