Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib




“Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

BrendSport.az
xəbər verir ki, qurumun rəsmi saytında yarışla bağlı məlumat dərc olunub:

“Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə 2023-cü il 25-27 oktyabr tarixlərində Azərbaycanda Beynəlxalq “Mingəçevir Reqatası - 2023” keçiriləcək. Yarışlar avarçəkmə və kanoe idman növlərini ölkədə inkişaf etdirmək məqsədi ilə təşkil olunur. Məqsəd insanların sağlamlığını möhkəmləndirmək, avarçəkmə və kanoe idman növlərini əhali arasında populyarlaşdırmaq, idmançıların ustalıq səviyyəsini yüksəltməyə çalışmaqdır. Bunu nəzərə alaraq, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası idmançıların və məşqçilərin yarış günlərində qonaqlama, yemək, akkreditasiya haqları və transfer xərclərini ödəyəcək. Səyahət xərcləri komandalar tərəfindən qarşılanır”.

Qeyd edək ki, ilk dəfə ötən il “Mingəçevir Reqatası-2022” və cari il “Prezident Kuboku-2023” beynəlxalq reqataları Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.


Facebook-da paylaş

Xəbəri paylaş