Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA “Fənərbağça”nın baş məşqçisini cəzalandırıb




UEFA Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi İsmail Kartalı cəzalandırıb.

BrendSport.az
xəbər verir ki, buna Konfrans Liqasının pley-off mərhələsində Niderlandda “Tvente” ilə İstanbul təmsilçisi arasında keçirilmiş cavab oyununun gec başlaması səbəb olub.

Matçın startını yubatdığı üçün 62 yaşlı mütəxəssisə bir oyunluq şərti cəza verilib. Klub isə 25 min avro məbləğində cərimələnib. Bundan başqa, Türkiyə təmsilçisi azarkeşlərin davranışına görə əlavə 3 min avro ziyana düşüb.

Qeyd edək ki, İstanbuldakı görüşdə “Tvente”ni 5:1 hesabı ilə darmadağın edən “Fənərbağça” səfər matçında da rəqibini bir cavabsız qolla üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş