Konfrans Liqası: “Beşiktaş” və “Fənərbağça” qələbə qazanıb, “Adana Dəmirspor” uduzub
Türkiyə klubları UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarını keçiriblər.
BrendSport.az xəbər verir ki, İstanbul nəhəngləri “Beşiktaş” və “Fənərbağça” qələbə, “Adana Dəmirspor” isə məğlubiyyətlə yadda qalıb.
“Beşiktaş” Kiyev “Dinamo”su ilə səfər görüşünü Rumıniyanın paytaxtı Buxarestdə keçirib. Qarşılaşma Şenol Günəşin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”a qələbə qazandıran qola 90+5-ci dəqiqədə qazaxıstanlı transfer Baxtiyor Zaynutdinov imza atıb.
“Fənərbağça” doğma meydanında Niderland təmsilçisi “Tvente”ni darmadağın edib – 5:1.
“Adana Dəmirspor” isə Belçikada “Genk”lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, pley-offun cavab matçları avqustun 31-də keçiriləcək.
Facebook-da paylaş