Defodan formada qalmaq üçün maraqlı resept
“Bornmut”un hücumçusu Cermeyn Defo maraqlı açıqlaması ilə diqqət çəkib. 35 yaşlı futbolçu fiziki cəhətdən yaxşı formada olması haqda danışıb.
O, bunu pəhriz saxlaması ilə əlaqələndirib: “Mənim yaşda olan futbolçular karyeralarını uzatmağın yolunu axtarırlar. Eyni fikirə düşdüyümdən, pəhriz saxlamağa başladım. İlk vaxtlarda asan olmadı. Əsasən də anamın yanına gedəndə çətinliklə üzləşirdim. Çünki o, həmişə ət yeməyi hazırlayırdı. Mən isə ətdən imtina etmişəm. İndi hər şey qaydasındadı. Hətta əvvəlki vaxtla müqayisədə özümü daha enerjili hiss edirəm. Komanda yoldaşlarım da qərarıma hörmətlə yanaşırlar. Gənc oyunçular bu yaşda yaxşı formada olmağıma təəccüblənirlər. Onlar da ətdən imtina etməlidilər. Mən ət yemədiyim üçün yaxşı formadayam”.
Qeyd edək ki, karyerası ərzində “Vest Hem”, “Tottenhem”, “Portsmut” və “Sanderlend” klublarında da oynamış Defo Premyer Liqanın cari mövsümündə 15 oyunda 3 qola imza atıb.
Facebook-da paylaş