Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Partizan” “Sabah”la oyunlar üçün iştirak ərizəsini açıqlayıb



Serbiyanın “Partizan” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”la keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, baş məşqçi İqor Dulyay 21 futbolçunun adını UEFA-ya təqdim edib.

Yay fasiləsində “Neftçi”dən transfer olunan braziliyalı hücumçu Matheus Saldanya da yenidən Bakıya gələcək.

Onlardan 2-si qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 1. Aleksandr Yovanoviç, 85. Nemanya Stevanoviç.

Müdafiəçilər: 2. Arancel Stoykoviç, 4. Sinişa Saniçanin, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 12. Zlatan Şehoviç, 17. Marko Jivkoviç, 26. Aleksandr Filipoviç.

Yarımmüdafiəçilər: 7. Severina Xander, 8. Frank Elimane Kanute, 10. Bibras Natxo, 15. Aldo Kalulu, 19. Aleksandr Şçekiç, 36. Nikola Terziç, 40. Kristiyan Beliç, 55. Danilo Pantiç.

Hücumçular: 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 20. Andriya Pavloviç, 23. Nemanya Nikoliç.

Qeyd edək ki, “Sabah”la “Partizan” arasında ilk oyun avqustun 10-da “Bank Respublika Arena”da keçiriləcək. Bu komandalar ayın 17-də Belqradda cavab görüşünə çıxacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş