Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bosniyalı sabiq futbolçu: “Jelezniçar”ın “Neftçi” kimi əla rəqiblə mübarizəsinə təəccübləndim”



“Jelezniçar”ın “Neftçi” kimi əla rəqiblə mübarizəsinə təəccübləndim”

BrendSport.az
xəbər verir ki, bunu Bosniya və Herseqovina millisinin sabiq futbolçusu Seniyad İbriçiç yerli “Jelezniçar” klubunun UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçirdiyi ilk oyun barədə danışarkən deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi Sarayevo klubundan cavab qarşılaşmasında uğurlu nəticə gözlədiyini bildirib: “Azərbaycan komandası buradakı matçda əlverişli nəticəni yalnız son dəqiqə qolu sayəsində əldə etdi. Oyunu tribunadan izləyirdim, gözəl atmosferdən həzz aldım. Avrokuboklardakı digər klublarımız kimi, “Jelezniçar”ın da mərhələ adlayacağına inanıram. Buradakı mübarizə buna ümid verdi”.

Qeyd edək ki, “Jelezniçar” - “Neftçi” oyunu 2:2 hesabı ilə başa çatıb. Avqustun 3-də 8-ci km stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş