Formula 1: Bakıda start xəttində DRS zonasını qısaldıblar
Formula 1 çempionatının Azərbaycan Qran-Prisi ərəfəsində Beynəlxalq Avtomobil Federasiyasında (FIA) Bakı şəhər trasında iki sərbəst DRS (“Drag Reduction System” – ön müqavimətin azaldılması sistemi) zonasının yerləşdiyi yeri təsdiqləyiblər. Start xəttində yerləşən ikinci DRS zonası ötən illə müqayisədə 100 metr qısaldılıb.
BrendSport.az xəbər verir ki, birinci DRS zonasından əvvəl maşınlar arasında ölçü nöqtəsinin intervalı təhlükəsizlik avtomobilinin ikinci xətti ilə üst-üstə düşür, ikinci döngədən 54 metr sonra sistemdən istifadə etmək olar.
DRS zonasının ikinci ölçü nöqtəsi 20-ci döngənin “zirvə”sində yerləşir, sistemi döngədən 447 metr sonra aktivləşdirmək olar.
Xatırladaq ki, Formula 1 çempionatı aprelin 28-də start götürəcək, Azərbaycan mərhələsi iki təsnifat və iki yarış yürüşü ilə yeni formatda keçiriləcək.
Facebook-da paylaş