Beynəlxalq dərəcəli azərbaycanlı həndbol hakimləri növbəti təyinat alıblar
Beynəlxalq dərəcəli həndbol hakimləri Erners və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.
BrendSport.az xəbər verir ki, təcrübəli referilər bu dəfə qadın həndbolçuların EHF Avropa kuboku turnirində ölkəmizi təmsil edəcəklər. Söhbət qitənin nüfuzlu klub turnirinin yarımfinal mərhələsinin “Antalya Konyaaltı BSK” - “MKS İUVENTA Mixalovçe” görüşündən gedir.
Türkiyə və Slovakiya təmsilçilərinin qarşılaşması gərgin və maraqlı mübarizə vəd edir.
Oyun martın 18-də Akdeniz Universitetinin idman sarayında keçiriləcək.
Facebook-da paylaş