Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AİJF Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri və şəhid idmançıların ailələri ilə görüşlər keçirəcək

AİJF Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri və şəhid idmançıların ailələri ilə görüşlər keçirəcək


Bu ilin əvvəlində yaradılmış Azərbaycan İdman Jurnalistləri Federasiyasının fəaliyyətində il ərzində idman mediası ilə bağlı müxtəlif tədbirlərin, görüşlərin təşkili nəzərdə tutulsa da, pandemiya şəraitində onları tam şəkildə reallaşdırmaq mümkün olmayıb.
BrendSport.az saytı bildirir ki, bu xəbər AİJF-dan AZƏRTAC-la verilib. Dekabr ayı üçün “Aqşin Kazımzadə” və “Mirpaşa Miriyev” mükafatlarının qaliblərinin, il ərzində fərqlənən idman jurnalistlərinin təltif olunması və s. tədbirlərin təşkili nəzərdə tutulsa da, pandemiyanın dünyanı cənginə alması bu planların həyata keçirilməsinə mane olub. Sentyabrın 27-də başlayan və torpaqlarımızın erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsində qazanılan tarixi Zəfər 2020-ci ili möhtəşəm şəkildə başa vurmağa əsas verib. Bütün dünya üçün qeyri-adi və tənəzzül ili sayıla biləcək 2020-ci ildə idman və pandemiya Qarabağ mövzusunun kölgəsində qaldı. Təsadüfi deyil ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, digər əksər idman qurumları da reallığı nəzərə alıb idmansız ilin idman yekununa ehtiyac görmədilər. Pandemiya şəraitində dövlətimiz və müvafiq təşkilatlar idman sahəsinin inkişafı üçün səylə çalışdılar. İdman müəyyən növləri üzrə bəzi uğurlar da var. Eləcə də komandamızın “Tokio-2020”də yüksək səviyyədə iştirakı üçün müəyyən tədbirlər həyata keçirilir. Lakin ümumilikdə bu il digər sahələr kimi, idmana da təsirsiz ötüşmədi. Əksər ölkələrdə idman jurnalistlərinin təşkilatları da pandemiyanın tüğyan etdiyi, idmansız ilin ən yaxşılarını seçə bilməyiblər.
Azərbaycan üçün 2020-ci il xüsusilə əlamətdar olub - bu il “Vətən ili” kimi yaddaşlarda qalacaq. AİJF idarə heyətinin bu il üçün sonuncu iclasında qərara alınıb ki, ilin qalibləri Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə fədakarlıq göstərmiş idman mediasının nümayəndələri və idmançılarımızdır. Çünki hər birimiz qalib xalqın nümayəndəsiyik. Buna görə də yanvar ayından etibarən AIJF Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri ilə görüşlərin təşkilini və şəhid idmançıların ailələrinin ziyarət olunmasını planlaşdırır.


Facebook-da paylaş

Xəbəri paylaş