Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan badmintonçusu Çexiyada bürünc medal qazanıb



Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “International Challenge” kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

BrendSport.az
xəbər verir ki, mübarizəyə əsas mərhələdən start verən idmançı ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21-12,21-13).

O, 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21-12, 21-19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispaniyalı Pablo Abiandan üstün olan badmintonçumuz (21-15,21-14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub 0:2 (14-21, 17-21).


Facebook-da paylaş

Xəbəri paylaş