Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Copa America"da 2 Asiya yığması

"Copa America"da 2 Asiya yığması

Amerika kubokunun iştirakçılarının sayı və tərkibi dəqiqləşib. Digər qitə təmsilçilərinin iştirakı ilə keçirilməsi ənənəvi hal alan Cənubi Amerika çempionatında 12 komanda mübarizə aparacaq.

2019-cu ildə təşkil olunacaq yarışa qonaq qismində Asiya təmsilçiləri qatılacaq. Bunlar Yaponiya və Qətər milliləridi.

Turnirdə Cənubi Amerika Futbol Konfederasiyasına (KONMEBOL) üzv olan 10 ölkənin yığması da mübarizə aparacaq. Bunlar Argentina, Boliviya, Braziliya, Çili, Venesuela, Ekvador, Paraqvay, Peru, Uruqvay və Kolumbiyadı.

Turnirin 2019-cu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılıb. Amerika kubokunu qəbul edəcək ölkə isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, Amerika kubokunun son qalibi Çili yığmasıdı.


Facebook-da paylaş

Xəbəri paylaş