Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb

AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb


Aprelin 9-u Beynəlxalq Təmiz İdman Günü kimi qeyd edilir. Təmiz İdman Günü təmiz idmana həsr olunur və idmançılar, idman ictimaiyyəti və digərləri arasında dopinqə qarşı qlobal mübarizə haqqında məlumatlandırma məqsədini daşıyır.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqlə mübarizənin daha bir ilini və qlobal şəkildə təmiz idman konsepsiyasını davam etdirir. 2020-ci il bütün dünyaya təsir edən və insanların həyatına saysız çətinliklər gətirən qlobal pandemiya ilə başladı. Bu çətinlik insanların yaşadığı həyat tərzini, gündəlik iş fəaliyyətini və bir-biri ilə münasibətlərini dəyişməyə məcbur etdi. Lakin buna baxmayaraq, belə çətin günlərdə dəyərlərə sadiq qalmalı, güclü olmalı və irəliyə doğru addımlamaq lazımdır.
Bu gün AMADA İdmançılar Məsləhətçi Komissiyası ilə birlikdə ruhlandırıcı və sevincli bir günü qeyd edir. İdmançılar Məsləhətçi Komissiyası müxtəlif idman növlərindən olan 12 idmançıdan ibarətdir. Bunlar İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Fəridə Əliyeva, Fuad Qurbanov, Aynur Məmmədova, Nazim Babayev, Ayan Xankişiyeva, Siyana Vasileva, Kamran Şahsuvarlı, Rüstəm Orucov və Ruslan Abışovdur.
Bununla bağlı, qlobal çətinliklər zamanı belə təmiz idmana və dürüst oyun prinsipinə sadiq qaldığını cəmiyyətə göstərən sosialyönümlü bir kampaniya hazırlanıb. Həmin idmançılar kampaniyaya qoşularaq idmanın ruhu və mahiyyəti olan - etika, ədalətli oyun və dürüstlüyə hörmətlərini nümayiş etdirdilər. Sosial özünütəcrid mühitindən təsirlənmələrinə baxmayaraq, idmançılar dəstək və birliklərini göstərdilər.
Müxtəlif yaş qrupları, idman növləri, millət və cinsindən olan idmançılar təmiz və təhlükəsiz idman şüarları ilə markalanmış xüsusi ruhlandırıcı videoda iştirak etmək təşəbbüsü ilə razılaşdılar. Topu havada saxlayaraq onu digər idmançıya ötürmək məqsədilə videoda nümayiş etdirilən hərəkətlər ümumi antidopinq ictimaiyyətini idmanda dopinqlə birlikdə mübarizəni əks edir.
AMADA bütün idman dünyasını bu günü qeyd etməyə çağırır və bu kampaniyanı qloballaşdırmağa dəvət edir. Birlikdə təmiz qalmağı seçərək təmiz idmançının üstünlük təşkil etdiyi, idmançıların özünə və rəqiblərinə hörmətlə yanaşan və dürüst oyun prinsipinə sadiq qalan bir dünya yarada bilərik.


Facebook-da paylaş

Xəbəri paylaş