Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



IV dan qara kəmər ustası



Eşqin İsmayılov 1984 cü ildə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olub. Orta məktəbi Ləki qəsəbə 6 saylı tam orta məktəbində oxuyub. 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin vergi işinin təşkili və idarə edilməsi fakultəsinə daxil olub.

2005-ci ildə universiteti bitirib. Eşqin elə həmin il də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda “N” saylı həqiqi hərbi xidmətdə olub. 2006-cı ildə əsgəri xidmətini başa vuran Eşqin 2006-cı ildən etibarən Azərbaycan Taekvondo Federasiyasının Ağdaş rayonunda fəaliyyət göstərən 2-ci dərəcəli məşqçi-müəllimi kimi fəaliyyətə başlayıb. IV dan qara kəmər ustasıdır.

Müxtəlif illərdə Ağdaş rayon Ləki qəsəbəsində İƏV üzrə Gənclər təşkilatının sədri, Ağdaş rayon Ləki Qəsəbə İƏV üzrə bələdiyyə sədri və Ağdaş Olimpiya İdman Kompleksinin direktoru vəzifələrində çalışıb.

Hazırda Ağdaş Olimpiya İdman Kompleksində İdman və bədən tərbiyyəsi üzrə metodist-təlimatçı, Azərbaycan Taekvondo Federasiyasının Ağdaş rayobunda fəaliyyət göstərən "Gənclər" Taekvondo İdman klubunu direktoru vəzifəsində çalışır.

"Qızıl onluq" döyüşçü aktyorlar qrupunun üzvüdür. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının IV kurs tələbəsidir. Onun tələbələri zona, respublika və beynəlxalq turnirlərdə müxtəlif mükafatlar qazanmışlar. Onlardan Qüdrət Nurizadə Respublika çempionu, beynəlxalq turnirlərin qalibi və Avropa çempionatının mükafatçısıdır.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş