Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda cüdo üzrə ənənəvi beynəlxalq turnirin qalibləri müəyyənləşib




Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Cüdo federasiyasının birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXIX beynəlxalq turniri keçirilib.

BŞGİBİ-dən BrendSport.az -a bildiriblər ki, yarışdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə də tər çiçəklər düzülüb.

Əvvəlcə general-mayor Həzi Aslanovun şərəfli ömür yolundan bəhs edən sənədli film göstərilib.

Sonra yarış iştirakçılarının və hakimlərin idman paradı olub.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı iştirak ediblər.

Çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğını xüsusi vurğulayıblar. Natiqlər 39-cu dəfə Bakıda keçirilən beynəlxalq yarışda 7 ölkədən yeniyetmə cüdoçularının mübarizə apardığını söyləyiblər. Turnirin yüksək səviyyədə təşkilinə görə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına təşəkkür bildirilib. Beynəlxalq turnir açıq elan olunduqdan sonra dövlət himnimiz səsləndirilib.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan və Özbəkistan cüdoçuları da mübarizə aparıblar.

Ümumi komanda hesabında Azərbaycan birinci, Özbəkistan ikinci, Ukrayna üçüncü yerləri tutublar. Qaliblərə medal, diplom və xatirə hədiyyələri,









Facebook-da paylaş

Xəbəri paylaş