Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Əsas odur ki, idmanla məşğul olub sağlam olaq"



İlkin Kərimov 1991-ci ildə anadan olub. 1998-ci ildə orta məktəbə qəbul olunub. Oxuduğu müddətdə nümunəvi davranışları ilə seçilən və sevilən sağird olub.

2004-2008-ci illər ərzində idmanın taekvando növü ilə məşğul olan İlkinin respublika səviyyəsində bir neçə nailiyyəti var.

Odlar Yurdu Universitetinin tələbəsidir. Universiteti bitirərək biznesin idarə edilməsi ixtisasına yiyələnib.

2013-ci ildə Naxçıvanda həqiqi hərbi xidmət keçib.

Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin akkreditasiya və nostrifikasiya idarəsində İKT mütəxəsisi kimi çalışır.

"İdman ən əsası sağlamlıqdır. Sağlam bədəndə sağlam ruh olar deyirlər. Ruhumuz da bizi mənəvi işlərə dəvət edir. İdmanda kimisi peşəkar idmançı, kimisi hakim, kimisi də azarkeş olur. Əsas odur ki, idmanla məşğul olub sağlam olaq", - deyir İlkin.

Əliqasım Məmmədov
ADPU-nun I kurs tələbəsi










Facebook-da paylaş

Xəbəri paylaş