"Atamın istəyi ilə idmanla məşğul olmağa başlamışam"
Famiz Gəncəliyev 2006-cı ildə Şamaxı şəhərində anadan olub. Hazırda Ruhiyyə Əsgərovanın rəhbərlik etdiyi şəhər 6 saylı tam orta məktəbin VI sinfində təhsil alır. Sinif rəhbəri rayonun tanınmış pedaqoqlarından Mətanət Məmmədovadır.
İdmanı çox sevən Famiz artıq bir aydır ki, taekvando ilə məşğuldur. Arzusu gələcəkdə respublika və beynəlxalq yarışlarda uğurla çıxış etməkdir.
Famiz deyir ki, "atamın istəyi ilə idmanla məşğul olmağa başlamışam. Anam da bu işdə həmişə mənə dəstək verir. Ən böyük arzum yarışlarda çempion olub atamın arzusunu gerçəkləşdirməkdir".
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş