Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Anamın fikri ilə taekvondo ilə məşğul olmağa başladım"



Nuray Ruslan qızı Temişova 2010-cu ildə Şamaxıda anadan olub. Hazırda Ruhiyyə Əsgərovanın rəhbərlik etdiyi şəhər 6 saylı tam orta məktəbin I a sinfində təhsil alır. Sinif rəhbəri Fatmaxanım Qəhrəmanovadır.

İdmanı çox sevən Nuray artıq 1 aydır ki, taekvando ilə məşguldur. Arzusu gələcəkdə respublika və beynəlxalq səviyyəli yarışlarda çempionluq yaşamaqdir.

Evdə Nurayın tərbiyəsi ilə nənələri Tovuzxanım xanım, Sevil xanım və babası Şahı müəllim məşğul olur. Balaca qəhrəmanımzla qısa bir söhbət etdik.

- Nuray, necə oldu ki, idmana gəldin?

- Həvəsim varıydı, anam da sağ olsun, razı oldu gətirdi. Anamın fikri ilə taekvondo ilə məşğul olmağa başladım. Mənim anam dünyada ən yaxşı anadır.

- Nuray, gələcəkdə çempion olsan ilk addımın nə olacaq?

- Anamı qucaqlayıb öpəcəm. Sonra da ona dünyanın ən böyük kuklasını bağışlayacam.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi






Facebook-da paylaş

Xəbəri paylaş