Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“O, milliyə çağırılmamasını istədi” – yığmamızın baş məşqçisi

“O, milliyə çağırılmamasını istədi” – yığmamızın baş məşqçisi

“Hazırlıqlara 3 gün öncə başlamışıq. Düzdü, bu, az müddətdi. Amma turnirə yaxşı hazırlaşmaq üçün hər şey edirik”. Bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Dekabrın 2-dən 7-dək İranda keçiriləcək “4 Top Nations” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan milli komandası Bakıda məşqlərə başlayıb. Bu gün jurnalistlər qarşısına çıxan braziliyalı mütəxəssis bildirib ki, yetirmələrini qarşıda çətin oyunlar gözləyir: “Bu, yığmada ilk toplanışımızdı. Bizi çox çətin bir sınaq gözləyir. Lakin yığmamızın əksər üzvləri “Araz”ı təmsil etdiyi üçün işimiz nisbətən yüngüldü. Amma digər komandalardan da bəzi futzalçıları heyətə cəlb etmişik ki, onlar da heyətə uyğunlaşmalıdı. Toplanışa cəlb olunun 17 oyunçudan 14-nü turnirə aparacağıq. Çempionatda özünü yaxşı tərəfdən göstərən yığma üçün yeni futzalçıları da sınayıram. Lakin yalnız bu gün və sabah baş tutacaq məşqlərdən sonra kənarda qalacaq 3 nəfərin adını deyə bilərəm”.

Çalışdırıcı Vassouranın hazırkı durumuna və Vitali Borisovun millidən kənar qalmasına da aydınlıq gətirib: “Ölkə xaricindən dəvət olunan Vassouranın durumundan razıyam. Artıq komanda ilə 3 məşq keçib. Yığmaya yaxşı vəziyyətdə qoşulduğunu söyləyə bilərəm. Dekabrda “Araz”la müqaviləsi başa çatacaq və vətənlərinə göndəriləcək oyunçuların yığma ilə İrana yollanmasını da normal hesab edirəm. Düşünürəm ki, onlar bu yarışda özlərini yaxşı tərəfdən göstərsələr, klub rəhbərliyinin fikrini dəyişməsi də istisna deyil. Vitali Borisovun yığmadan kənar qalması isə onun öz istəyi ilə bağlıdı. Bir neçə gün əvvəl öz klubu ilə UEFA kubokun elit-raundunda çıxış edib. Gərgin çempionat oyunları keçirib və bu üzdən milliyə çağırılmamasını istədi. Çünki bizi İranda da gərgin oyunlar gözləyir. Bu üzdən ona istirahət verdik”.

Alesio turnirin faydasından da danışıb. Onun sözlərinə görə, iştirak edəcəkləri yarış yaxşı təcrübə olacaq: “Belə güclü komandalarla oynamaq yalnız xeyrimizədi. Rusiya dünya ikincisi, İran üçüncüsüdü. Qazaxıstana gəlincə, onlar da Avropa üçüncüsüdülər. Belə rəqiblərlə oyun praktikası bizə böyük fayda verəcək”.

Təcrübəli mütəxəssis gələcək planlardan da danışıb. O bildirib ki, yanvarda daha bir toplanış olacaq: “Lakin bunun dəqiq vaxtı və yeri bilinmir. Sınamaq istədiyim bir neçə futzalçı var ki, onları toplanışda görmək istəyirəm”.

Apasport


Facebook-da paylaş