Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ”nin karateçisi Azərbaycan çempionu olub



Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 18-ci respublika birinciliyi, böyüklər arasında isə 25-ci ölkə çempionatına yekun vurulub.

Yarışda “Qəbələ” idman klubunun karateçiləri də qüvvələrini sınayıblar.

Çempionat klubun yetirməsi Rafiz Həsənov üçün uğurlu alınıb. Yarışda 67 kiloqram çəki dərəcəsində çıxış edən karateçi çempionatın sonuncu günündə böyüklərin mübarizəsinə qoşulub. Öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn R.Həsənov Azərbaycan çempionu adını qazanıb.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş