Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gəncədə yeni məşq meydanının inşası yekunlaşmaqdadır



Gəncə şəhər stadionunun ərazisində AFFA-nın və FIFA-nın maliyyə vəsaiti hesabına inşa olunan süni örtüklü standart ölçülərə malik məşq meydanında işlər artıq yekunlaşmaqdadır.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Gəncədə futbol infrastrukturunun inkişafı məqsədi ilə AFFA tərəfindən ilkin olaraq 2017-ci ildə şəhər stadionunun əsas meydanının təbii ot örtüyü yenidən inşa olunmuşdu. Gələcəkdə stadionun ərazisində əlavə olaraq təbii örtüklü standart ölçülərə malik məşq meydanının inşası da nəzərdə tutulur. Hazırda su təchizatı ilə bağlı məsələlər araşdırılır.


Facebook-da paylaş

Xəbəri paylaş