Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ”nin Antalyada 2-ci sınağı




“Qəbələ” mövsümün ikinci yarısına hazırlığını davam etdirir.

BrendSport.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 7-ci gününü başa vurub. Sənan Qurbanovun çalışdırdığı kollektiv günü bir məşqlə tamamlayıb. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Futbolçular əsasən toplu çalışmaları icra ediblər.

Yeri gəlmişkən, “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Rusiyanın “Yenisey” klubu ilə qarşılaşacaq. Matç “Cornelia Diamond” otelinin meydançasında baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da veriləcək.

Rusiya Premyer Liqasında çıxış edən “Yenisey”in əsası 1937-ci ildə qoyulub. Krasnoyarsk şəhərini təmsil edən klub ötən mövsüm aşağı liqada 3-cü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb. Cari mövsümün 17 oyununda 10 xal toplayan “Yenisey” qış fasiləsinə 16-cı pillədə yollanıb.

Xatırladaq ki, bu matç “Qəbələ”nin Antalyada ikinci sınağı olacaq. Komanda ilk oyununda Almaniyanın “Meppen” klubu ilə görüşüb. Qarşılaşma “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Yoxlama oyunu

20 yanvar

18:00. Qəbələ – Yenisey (Rusiya)
“Cornelia Diamond” otelinin meydançası


Facebook-da paylaş

Xəbəri paylaş