Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir müavini İƏT Gənclər Strategiyası sənədinin müzakirəsinə qatılıb



Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Saudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində səfərdədir.

BrendSport.az saytı xəbər verir ki, səfərin əsas məqsədi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Gənclər Strategiyası sənədinin müzakirəsinə dair Hökumətlərarası ekspert qrupunun iclasında iştirak etməkdir. 8-9 yanvar tarixlərində keçirilən iclas zamanı nazir müavini strategiyanın əhəmiyyəti, gənclərlə iş sahəsinin prioritetləri və beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi haqqında çıxış etmişdir. Eyni zamanda, "Azərbaycan gəncliyi 2015-2025-ci illərdə Strategiyası" na dair məruzə də İntiqam Babayev tərəfində təqdim edilmişdir.

Səfəri çərçivəsində nazir müavini 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransına hazırlıq məqsədi ilə İƏT Baş Katibliyi, İslam Konfransı Gənclər Forumu və İslam Həmrəyliyi İdman Federasiyasının nümayəndələri ilə görüş keçirmiş və fikir mübadiləsi aparmışdır.








Facebook-da paylaş

Xəbəri paylaş