Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



““Qarabağ” komandası Azərbaycan futbolunda yeni tarix yazdı”



Məmmədov Tural 2005-ci ildə Şamaxı şəhərində anadan olub.

BrendSport.az saytı xəbər verir ki, Şamaxı şəhər 1 saylı orta məktəbin 7c sinifinin şagirdi olan Turalın sinif rəhbəri Aytən Dəmirovadır.

8 ildir Taekvondo idman növü ilə məşğul olur. Qara kəmərə namizəddir. Bakı, Sumqayıt , Ağsu, Abşeron, Qobustan , Göyçay, Nardaran açıq birinciliklərin qalibi və mükafatçısı olub.

2016-cı ildə "Kaspi" sınaq imtahanında yüksək bal yığaraq məktəbin qalibi olub. Təhsildə əldə etdiyi yüksək nəticələrə görə Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərmanla təltif olunub.

2015-ci ildə Sumqayıtda futbol idman növü üzrə keçirilən ümumrespublika "Sünbül" kubokunun mükafatçısıdır.

Tural sinif yoldaşlarından Elvin və Rəvan ilə dostluq edir. O, böyüyəndə isə futbol üzrə mütəxəssis olmaq istəyirdi. Onun fikrincə “Qarabağ” komandası Azərbaycan futbolunda yeni tarix yazdı.

Əliqasım Məmmədov



Facebook-da paylaş

Xəbəri paylaş