Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



“Pekin-2022”: Norveç yığması medal sıralamasında önə keçib

“Pekin-2022”: Norveç yığması medal sıralamasında önə keçib


Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında lider dəyişib.

BrendSport.az
saytı xəbər verir ki, Olimpiadanın arxada qalan on gününün nəticələrinə əsasən, Norveç yığması Almaniyanı qabaqlayaraq birinci yerə yüksəlib. Onun hesabında 9 qızıl, 5 gümüş və 7 bürünc medal var. İkinci sıraya enən Almaniya 8 qızıl, 5 gümüş və 1 bürünc medal əldə edib. İlk beşlikdə, həmçinin ABŞ (6, 5, 1), Niderland (6, 4, 2) və İsveç (5, 3, 3) yığmaları yer alır.
Oyunlara ev sahibliyi edən Çin medal sıralamasında bir pillə geriləyib. Hazırda səkkizinci yerdə qərarlaşan ÇXR yığması hesabına 4 qızıl, 3 gümüş və 2 bürünc medal yazdırıb. Hələlik yarışlarda yalnız 24 ölkə medal qazana bilib.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.


Facebook-da paylaş