Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadın futbolçuları Yeniyetmələrin Olimpiya Oyunlarına hazırlaşırlar




Azərbaycanın qızlardan ibarət mini-futbol yığması 2018-ci ildə Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarının təsnifat mərhələsinə hazırlaşır.

Təsnifat mərhələsi noyabrın 1-dən 4-dək keçiriləcək. Azərbaycanın komandası Portuqaliya, İtaliya və Ukrayna ilə birgə “A” qrupunda oynayacaq. “B” qrupunda Rusiya, Rumıniya, Qazaxıstan və İspaniyanın qızlardan ibarət komandaları mübarizə aparacaqlar.

Hər qrupda birinci yerə çıxan komanda Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Seçim mərhələsinin reqlamentinə görə, hər komanda 10 oyunçudan ibarət olmalıdır.

Azərtac.az


Facebook-da paylaş

Xəbəri paylaş