Əsas Səhifə > Olimpiya > Azərbaycanın qadın futbolçuları Yeniyetmələrin Olimpiya Oyunlarına hazırlaşırlar
Azərbaycanın qadın futbolçuları Yeniyetmələrin Olimpiya Oyunlarına hazırlaşırlar27-10-2017, 19:05 |
Azərbaycanın qızlardan ibarət mini-futbol yığması 2018-ci ildə Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarının təsnifat mərhələsinə hazırlaşır. Təsnifat mərhələsi noyabrın 1-dən 4-dək keçiriləcək. Azərbaycanın komandası Portuqaliya, İtaliya və Ukrayna ilə birgə “A” qrupunda oynayacaq. “B” qrupunda Rusiya, Rumıniya, Qazaxıstan və İspaniyanın qızlardan ibarət komandaları mübarizə aparacaqlar. Hər qrupda birinci yerə çıxan komanda Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Seçim mərhələsinin reqlamentinə görə, hər komanda 10 oyunçudan ibarət olmalıdır. Azərtac.az Geri qayıt |