Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DİN-nin əməkdaşı Avrasiya çempionu oldu



Azərbaycan Juboksing-Citsu Federasiyası tərəfindən Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş Yaxın Asiya ölkələrinin iştirak etdiyi Avrasiya Çempionatı keçirilib.

Çempionatda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, polis serjantı Fərid Əhmədov da iştirak edib.

Turnirdə inamla iştirak edən nazirliyin əməkdaşı bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Qələbədən sonra təəssüratlarını bölüşən Fərid nazirlik tərəfindən idmançılara göstərilən diqqətdən danışıb. Eyni zamanda DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Rövşən Eyyubova tabeçiliyində olan idmançılara göstərdiyi hər cür dəstəyə görə təşəkkürünü bildirib.





Facebook-da paylaş

Xəbəri paylaş