Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yup Haynkes yenidən "Bavariya”da



"Bavariya”nın yeni baş məşqçisinin adı açıqlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Münhen klubu Karlo Ançelottinin istefasından sonra boşalan posta Yup Haynkesə təyin edib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 72 yaşlı mütəxəssis 4-cü dəfə "Bavariya"nı çalışdıracaq. Belə ki, Yup Haynkes 1987-1991, 2009 və 2011-2013 Münhen klubuna başçılıq edib. O, "Bavariya"da ən uğurlu dönəmini 2011-2013-cü illərdə yaşayıb. Mütəxəssis "Bavariya" ilə 3 dəfə Bundesliqanı, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə Almaniya kubokunu və 3 dəfə ölkə Super Kubokunu qazanıb.

Yup Haynkes "Bavariya"dan başqa Almaniyanın "Borussiya" (Münhenqladbax), "Ayntraxt" (Frankfurt), "Şalke 04", "Bayer", İspaniyanın "Real", "Atletik", "Tenerife" və Portuqaliyanın "Benfika" klublarını çalışdırıb. O, "Real"la Çempionlar Liqasını və İspaniya Super Kubokunu qazanıb, "Şalke 04"lə 2 dəfə UEFA İntertoto Kubokunun qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş