Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Əsas komandadan yerimi möhkəmlətmək istəyirəm" - "Neftçi"nin futbolçusu




"10 yaşımda "Neftçi”yə gəldim. Nadinc uşaq olduğum və bütün günü çöldə, evdə oynamağıma baxmayaraq yorulmadığım üçün məni "Neftçi"yə, Araz Qulamovun məşqlərinə yazdırdılar"-bu sözləri "Neftçi"nin futbolçusu Ömər Buludov deyib.

"Keşlə" ilə qarşılaşmada böyük futbolda ilk rəsmi oyununu keçirən "ağ-qaralar”ınn 18 yaşlı oyunçu təəssüratlarını “Neftçi TV” ilə bölüşüb. O bildirib ki, əsas hədəfi komandada yerini möhkəmlətməkdir:

"Əvvəllər ilk 11-liyə düşmürdüm. Sonra yavaş-yavaş oynamağa başladım. 17 yaşımda isə milli komandaya dəvət aldım. Çox sağ olsunlar, "Keşlə” ilə oyunda mənə şans verdilər. Mən də özümü göstərə bildim. Hətta qol vurrmaq şansım da oldu, amma heyf ki, yararlana bilmədim. Azarkeşlərimizə çox təşəkkürümü bildirirəm. Qarşıda "Zaqatala” ilə kubok oyunu var, inşallah, şans versələr, oynayıb özümü göstərərəm, heyətdə yerimi möhkəmləndirərəm. Sonra isə "Qarabağ”la çempionat oyunumuzdur. İnşallah, "Neftçi”nin qələbələri ard-arda gələr. Bu komandada olduğum üçün çox xoşbəxtəm”.


Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş