Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Qarabağ”ın oyununda almaniyalı türk

“Qarabağ”ın oyununda almaniyalı türk



Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib. UEFA Madriddə baş tutacaq qarşılaşma üçün almaniyalı hakimləri təyin edib.

Görüşün baş hakimi Deniz Aytekin olacaq. Türk əsilli referiyə yan xəttə Quide Kleve və Markus Heker yardımçı olacaqlar. Əlavə köməkçi hakim futnksiyasını Daniel Sibert və Benjamin Brand yerinə yetirəcəklər. Matçın ehtiyat hakimi isə Eduard Beytinqer olacaq.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Çempionlar Liqası qrup mərhələsi
C qrupu
IV tur

31 oktyabr

23:45. “Atletiko” (Madrid, İspaniya) – “Qarabağ” (Ağdam, Azərbaycan)
Baş hakim: Deniz Aytekin
Yan xətt hakimləri: Quide Kleve, Markus Heker
Əlavə köməkçi hakimlər: Daniel Sibert və Benjamin Brand
Ehtiyat hakim: Eduard Beytinqer (hamısı Almaniya)
UEFA nümayəndəsi: Duşko Qrabovaç (Xorvatiya)
Hakim inspektor: Vitor Manuel Melo Pereyra (Portuqaliya)

Apasport.az


Facebook-da paylaş