Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin Norveçdəki açıq məşqinin vaxtı açıqlandı

Millimizin Norveçdəki açıq məşqinin vaxtı açıqlandı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Avqustun 31-də yerli vaxtla saat 11:00-da Norveç milli komandasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.

Meydan sahiblərinin baş məşqçisi Lars Laqerbekin mətbuat konfransı isə saat 12:15-də başlayacaq.

Yığmamızın baş məşqçisi Robert Prosinçeki isə saat 20:15-də jurnalistlər önünə çıxacaq. Yarım saat sonra isə millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi keçiriləcək.

Hər iki məşq və mətbuat konfransı matçın keçiriləcəyi “Ulleval” stadionunda baş tutacaq. Norveç - Azərbaycan oyunu sentyabrın 1-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş