Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cari ilin idman laureatlarının adları açıqlanıb



Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2019-cu ilin idman laureatlarının adlarını açıqlayıb.

BrendSport.az xəbər verir ki, Azərbaycan və Beynəlxalq Şahmat federasiyalarının vitse-prezidenti Mahir Məmmədov ilin idman xadimi seçilib. “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov ilin idman təşkilatçısı elan edilib.

Cari ilin idman jurnalistləri Fərid Ramazanov (“İdman TV”) və Mehman Süleymanov (sport24.az) olublar. İlin idman qəzetləri arasında “Azərbaycan”, telekanallardan “CBC Sport”, radiolardan isə “Azərbaycan Radiosu” fərqləniblər. İlin idman nəşri nominasiyasında Şakir Yaqubovun müəllifi olduğu “Bir az da futbol(umuz)dan danış” və Əbülqasım Novruzovun “Şuşalı güləşçilər” kitabları qalib seçiliblər.

Laureatlar sırasında Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidməti də var.

Qadınlar arasında ikiqat dünya çempionu güləşçi Mariya Stadnik, “Tokio 2020”yə lisenziya qazanan bədii gimnastımız Zöhrə Ağamirova, parataekvondo üzrə qitə çempionatının qalibi Aynur Məmmədova, kişilər arasında isə şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov, akvatlon üzrə dünya çempionu Rostislav Pevtsov və atletika üzrə qitə birinciliyinin qızıl mükafatçısı Nazim Babayev ilin idmançıları adına layiq görülüblər.

İlin komandası nominasiyasının qalibi Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan millisi olub. Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fikrət Sideifzadə ilin baş məşqçisi, çimərlik futbol üzrə dünya çempionatının final oyununu idarə edən FIFA referimiz İnqilab Məmmədov ilin idman hakimi olublar.

Cari ilin mayında UEFA Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi edən Bakı Olimpiya Stadionu isə ilin idman qurğusu seçilib.


Facebook-da paylaş

Xəbəri paylaş