Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Taekvondo üzrə ”Grand Slam” beynəlxalq açıq turniri



Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasının Usi şəhərində ”Grand Slam” beynəlxalq açıq turniri keçiriləcək.

BrendSport.az saytı ATF-na istinadən xəbər verir ki, Olimpiya çəki dərəcələrində təşkil edilən G1 kateqoriyalı təsnifat turniri 23-24 noyabr tarixlərində baş tutacaq. Yarışda mükafatçılar sırasında yer alan taekvondoçular dekabr ayının sonlarında keçiriləcək ”Grand Slam” seriya yarışlarına lisenziya əldə etmiş olacaq.

Yarışda ölkəmizi kişilərdən ibarət milli yığma komandamız 8 idmançı ilə təmsil edəcək. Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun sərəncamında olan taekvondoçulardan 58 kq çəki dərəcəsində Qaşım Maqomedov və Əli Məmmədov, Ayxan Tağızadə, Məhəmməd Məmmədov və Əliəsgər Əliyev (hər üçü -68 kq), Səid Quliyev (-80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (Hər ikisi +80 kq) mübarizə aparacaq. Komandamız turnirdə iştirak etmək məqsədi ilə bu gün Çinə yollanır.


Facebook-da paylaş