Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Olimpiadada iştirak edəcək Azərbaycan şahmatçıları müəyyənləşdi



Beynəlxalq Şahmat Federasiyası (FIDE) koronavirus pandemiyasına görə onlayn formatında Ümumdünya Şahmat Olimpiadasını təşkil etməyə hazırlaşır.

BrendSport.az xəbər verir ki, avqustun 22-də start götürəcək yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.

Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.

Reqlamentə əsasən, qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Heyətdə ən azı iki qadın şahmatçı mübarizə aparmalıdır. Həmçinin hər komandada 20 yaşadək bir oğlan və bir qız qrossmeyster olmalıdır.

Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş edə bilərlər. Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaqlar. Ardınca pley-off baş tutacaq.

Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.

Qeyd edək ki, divizionların tərkibləri açıqlanmayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı Top-divizionda mübarizə aparacağı gözlənilir.


Facebook-da paylaş