Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Yıldırım Dəmirörən istefa verməyə hazırlaşır

Yıldırım Dəmirörən istefa verməyə hazırlaşır

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən istefa verməyə hazırlaşır.
"Doğan" agentliyinin verdiyi məlumata görə, Dəmirörən Türkiyə millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə şansını itirməsindən sonra belə fikrə düşüb.

Ötən gün o, "ay-ulduzlular"ın İslandiyaya 0:3 hesabı ilə uduzduğu IX tur matçından sonra stadionu baş nazir Binəli Yıldırımla birgə tərk edib. Federasiya prezidentinin istefada qərarlı olduğu bildirilir.

Yığmanın baş məşqçisi Mirça Luçesku isə oktyabrın 9-da Finlandiya ilə səfərdə keçirəcəkləri son seçmə oyuna ən azı 4 futbolçunu aparmamağı məqsədəuyğun sayıb. Bunlar Arda Turan, Burak Yılmaz, Selçuk İnan və Caner Erkindir. Arda İslandiya ilə oyunda azarkeşlərin etirazı ilə qarşılaşıb. Burak və Selçukun yüngül zədəsi var. Caner isə sarı vərəqə cəzalısıdır. Bu siyahıya yeni oyunçuların da qoşulacağı gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə millisi İ qrupunda 14 xalla 4-cü pillədədir.


Facebook-da paylaş