Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Balaca idmançı



Bu gün uşaqların idmana olan sevgisi, mütəmadi idmanla məşğul olmaları gələcəkdə bu sahəyə inamla baxmağa ümid yaradır. Belə uşaqlardan biri də 7 yaşlı Fəriddi.

BrendSport.az saytı xəbər verir ki, Dostumaliyev Fərid Rafail oğlu 2010-cu ildə Şamaxı rayonunda anadan olub. Sinif rəhbəri Tünzalə müəllimə olan Fərid, Şamaxı rayon 2 saylı rus dilli məktəbin II sinif şagirdidi. Fərid əmisi İlham kimi güc stukturlarının əməkdaşı olmaq istəyir.
Atası Rafail Şamaxının tanınmış telefon ustasıdır.

Fərid cüdo və taekvondo üzrə məşqlərə gedir. Cüdo üzrə rayon mükafatçısı, taekvondo üzrə zona mükafatçısı və rayon çempionudur.

- İki idman növü ilə məşğul olmaq səni yormur ki?

- Yormur, amma uşaqlarla dalaşanda caşıb qalıram ki, hansını istifadə edim (gülür).

- İdmana gəlməyinin səbəbkarı kimdi?

- Atam. O, həm tələbkar, həm də dünyanın ən yaxşı atasıdır.

- Gələcək arzuların nədir?

- Arzum çoxdur. Atama, anam sağ-salamat olsunlar və mənə həmişə dəstək olsunlar.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi





Facebook-da paylaş

Xəbəri paylaş