Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan çimərlik voleybolu üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək



Avropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib.

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının ardından, çimərlik voleybolu üzrə beynəlxalq turnirə də (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku ) ev sahibliyi edəcək.

Oktyabrın 11-dən 14-dək davam edəcək yarış “Su İdmanı Sarayı”nda keçiriləcək. Azərbaycanı turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhaməƏliyeva –İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.
Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq. Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.
Yarışın ilk günü, 11-13 oktyabrda təsnifat mərhələsi, 14-də isə yarım final və final oyunları keçiriləcək.
Qeyd edək ki, oyunlar 3 meydançada baş tutacaq. I yer 880, II yer 640, III yer 520 avro məbləğlərlə mükafatlandırılacaqlar.

REPORT.AZ


Facebook-da paylaş

Xəbəri paylaş