Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın rəqibini yaxından tanıyaq - DOSYE

"Qarabağ"ın rəqibini yaxından tanıyaq -

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Azərbaycan çempionu ilk mərhələdə Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaq.

Lyublyananı təmsil edən eyniadlı klub 1911-ci ildə yaradılıb, lakin 2004-cü ildə dağılıb. 2005-ci ildə yaradılan "Olimpiya" isə bir əvvəl dağılan klubun varisi hesab olunmur. Bu səbəbdən də "Qarabağ"ın rəqibinin cəmi 13 yaşı var.

2005-ci ildə 5-ci liqada mübarizəyə başlayan Lyublyana sürətlə irəliləyib və 2009-cu ildə güclülər dəstəsinə yüksəlib. Ardıcıl iki mövsüm 4-cü olan "Olimpiya" 2011/12 və 2012/13 mövsümlərində gümüş medallara sahb çıxıb. Sonrakı iki mövsümdə müvafiq olaraq 7 və 4-cü yerləri tutan komanda ilk çempionluğunu 2015/16 mövsümündə qazanıb. 2016/17 mövsümündə "bürünc"lə kifayətlənən "Olimpiya" ötən mövsüm yenidən qızıl medallara sahib çıxıb. "Qarabağ"ın rəqibi həmçinin mövsümü ölkə kubokunun qalibi kimi başa vurub.

Lyublyana təmsilçisi indiyədək avrokuboklarda 18 oyun keçirib. Bunlardan 2-si Çempionlar Liqasında, 16-sı Avropa Liqasında baş tutub (6 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət, top fərqi - 24:22).

Komanda 2010/11, 2013/14 və 2017/18 mövsümlərində Avropa Liqasında mübarizəyə başladığı mərhələdə uduzub, 2011/12 mövsümündə III, 2012/13 mövsümündə II təsnifat mərhələsində dayanıb.

"Olimpiya" Çempionlar Liqasında iştirak etdiyi 2016/17 mövsümündə mübarizəyə II təsnifat mərhələsindən başlayıb və iki oyunun nəticəsinə görə Slovakiyanın "Trençin" klubuna yenilərək mübarizəni dayandırıb.

"Olimpiya"nın heyətində Xorvatiya, Serbiya, Slovakiya, Avstraliya, Argentina, Nigeriya, Portuqaliya, Qana, İtaliya, Hollandiya, Avstriya, Bosniya və Hersoqovinadan çox ayda legioner çıxış edir.

Komandanın baş məşqçisi İliya Stolikadı. O, bu ilin əvvəlindən komandaya rəhbərlik edir. 39 yaşlı serb mütəxəssis əvvəllər Serbiyanın U-16 və U-17 yığmalarına, "Vozdovaç" və "Voyvodina" klublarına başçılıq edib, "Partizan"da məşqçi kimi fəaliyyət göstərib.

"Olimpiya" ev oyunlarını "Stozitse” stadionunda keçirir. 2009-cu ildə inşaasına başlanılan arenanın azarkeş tutumu 16 min 38 nəfərdi.


Facebook-da paylaş

Xəbəri paylaş