Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və idman naziri Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub



Yanvarın 26-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub.
BrendSport.az
sayı xəbər verir ki, gənc idmançılarla görüşən nazir onların dənizdə məşqlərini izləyib. Federasiya prezidenti Qüdrət Qurbanov görülən işlər barədə məlumat verib.

Görüş zamanı görülmüş işlər, idmançıların dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirakı və nəticələri barədə təqdimat olub, bu idman növünün inkişafı istiqamətində müzakirələr aparılıb.

Görüşdə nazir müavini Mariana Vasileva və Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov da iştirak ediblər.

Gənclər və idman naziri Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub







Facebook-da paylaş

Xəbəri paylaş