Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Hikmət Hacıyev: Bu gün də qələbələrimizin əsasında məhz Ulu Öndərin əsasını qoyduğu siyasət durur

Hikmət Hacıyev: Bu gün də qələbələrimizin əsasında məhz Ulu Öndərin əsasını qoyduğu siyasət durur

Ulu Öndərimizin xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Bu gün də qələbələrimizin əsasında məhz Ulu Öndərin əsasını qoyduğu siyasət durur. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunun real nəticəsini biz 44 günlük müharibədə gördük. Hər bir Azərbaycan vətəndaşının gözlədiyi gün gəlib çatdı və torpaqlarımız işğaldan azad olundu.
BrendSport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, artıq “Dağlıq Qarabağ münaqişəsi ifadəsi” yoxdur, 44 günlük müharibə ilə Azərbaycan bu sözün üstündən birdəfəlik xətt çəkdi.
Prezidentin köməkçisi deyib ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işlərinin başlanması ilə bağlı dövlətimizin başçısının Sərəncamına uyğun olaraq müvafiq işçi qrupları yaradılıb. Bu istiqamətdə müzakirələr aparılır, planlaşdırma işləri görülür.

AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş