Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qadın vəkillərdən ibarət komanda Azərbaycanı uğurla təmsil edir"



Vəkillər Kollegiyasının qadın futbol komandası gələn ay İtaliyanın Siciliya adasında hüquqşünaslar arasında keçiriləcək beynəlxalq futbol turnirinə hazırlaşır.

BrendSport.az informasiya portalı huquq.az-
a
istinadən xəbər verir ki, bunu açıqlamasında Vəkillər Kollegiyasının üzvü."Legal Eagles" Futbol Komandasının meneceri Mehriban Məmmədova deyib.

O, hüquqşünas və vəkil xanımların bir çox sahələrdə olduğu kimi, idman sahəsində də aktiv olduqlarını, 2024-cü ilin yanvar ayında Azərbaycanda ilk dəfə olaraq "Qadın Vəkillər Alyansı"nın üzvləri ilə birlikdə həvəskar səviyyədə "Legal Eagles FT" komandasını yaratdıqlarını bildirib.

M.Məmmədovanın sözlərinə görə, qadın vəkil və hüquqşünaslardan ibarət komanda Azərbaycanı hüquqşünaslardan ibarət beynəlxalq futbol turnirlərində təmsil edir: "Cari ilin aprel ayında İspaniyanın Mayorka şəhərində Avropa hüquqşünasları arasında keçirilən futbol turnirdə iştirak etdik və gərgin mübarizədə keçən yarışın gedişində iştirak edən digər ölkələrin komandalarından fərqli olaraq daha yüksək dərəcədə nümunəvi davranış göstərdiyinə, dürüst oyun nümayiş etdirdiyinə və futbol etikası qaydalarına riayət edərək hamıdan yaxşı rəqib komandaların heyət üzvlərinə hörmətlə yanaşdığına görə "Legal Eagles" futbol komandası turnirin “Ən yaxşı Fair-Play” komandası seçildi. Eyni zamanda turnir bizə böyük təcrübə qazandırdı, futbol oyununa daha çox həvəs və əzm yaratdı. Daha sonra 11 iyun tarixində AFFA-nın təşkilatçılığı ilə COP29 çərçivəsində BMT QAK-nın, Dövlət Miqrasiya Xidmətinin, Vəkillər Kollegiyasının və digər qurumların qadın və kişi əməkdaşları arasında keçirilən həvəskar futbol turnirində layiqli iştirak etdik. Hazırda isə sentyabr ayında İtaliyanın Siciliya adasında hüquqşünas qadın və kişilər arasında keçirilən beynəlxalq futbol turnirində iştirakımızı planlaşdırırıq".

"Yay ayları olmasına baxmayaraq, həftədə 3 dəfə davamlı məşq edirik. Ciddi şəkildə oyunlara hazırlaşırıq. Ümüd edirik ki, əziyyətimiz və əməyimiz hədər getməyəcək, vətənə yüksək nəticə ilə qayıdacağıq. Beləliklə də, hər bir azərbaycan qadınının, vəkilinin, hüquqşünasının öz gücünə inamını artırmaqla yanaşı, ailədə, cəmiyyətdə, idmanda və hər sahədə vətənə, millətə nümumə olmağa sövq edəcəyik", - deyə komandanın meneceri qeyd edib.

Qeyd edək ki, yarışlarda "Legal Eagles" FK-ya dəstək olan sponsorlardan biri də e-huquq.az informasiya portalıdır.






Facebook-da paylaş

Xəbəri paylaş