Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sportsman jurnalının 150-ci buraxılışı idman bayram kimi qeyd olunub


May ayının 21-i “Sportsman” jurnalı, 150-ci yubiley nömrəsinə həsr olunan KİV nümayəndələrinin, idman federasiyaları əməkdaşlarının, qazilərin və müğənnilərin iştirakı ilə boulinq yarışı keçirib.

BrendSport.az
xəbər verir ki, yarışı, Gənclik Mall-da yerləşən “On Top” Boulinq Klubunun dəstəyi və tərəfdaşlığı ilə “Sportsman”in bütün tədbirlərinin aparıcısı olan Sənan Şəfizadə aparıb.
Tanınmış idmançıların, idman ictimaiyyətinin və digər fəxri qonaqların iştirakı ilə keçirilən yarış maraqlı anlarla yadda qalıb. “On Top” Boulinq Klubunun marketinq direktoru Hüseynağa Əliyevin sözlərinə görə iştirakçılar yüksək oyun bacarığı nümayiş etdirdilər: “Oyunçuların 120-dən artıq xal toplamalarını sözün düzü gözləmirdik. Ancaq bu amil bizi sevindirdi. İştirakçılar həvəskar səviyyə üçün çox yaxşı oynadılar. Fotoqraf Bəhruz Məmmədov 131 xalla 1-ci, 127 xalla voleybol məşqçisi Ziya Rəcəbov 2-ci, sevilən müğənnimiz, respublikanın əməkdar artisti Səlim Abbasov isə 124 xalla 3-cü yeri qazandı. Maraqlı tədbirə görə “Sportsman” jurnalının əməkdaşları Rəşad Qəmərşahoğluna və Etibar Hüseynova xüsusi təşəkkür edir, jurnalın yubiley nömrəsinə görə isə bütün kollektivi təbrik edirəm”.
Tədbirin nəğməli qonaqları isə yarışa xüsusi rəng qatdı. İştirakçıların sözlərinə görə musiqi sədaları altında oynamaq çox xoş idi.
Turnirin qaliblərinə diplom və tərəfdaşlarımızdan xüsusi hədiyyələr təqdim olundu. Çay süfrəsi ilə davam edən yarışdan fotoları diqqətinizə təqdim edirik.

Qaliblərə və fərqlənənlərə sponsorlardan hədiyyələr təqdim olunub.
Tədbirin keçirilməsində öz dəstəyini göstərən şirkətlərə-Gənclik Mall-da yerləşən “On Top” Boulinq Klubuna, "OFFİSSA DİZAYN" ofis mebelləri brendinə, BrendSport.az saytına, "Payım" ət məhsullarına, "ROYAM DESİGN"a və "XƏZZ AZƏRBAYCAN" hədiyyə evinə xüsusi təşəkkürlər bildiririk.

























Facebook-da paylaş

Xəbəri paylaş