“Məşqçi vaxt anlayışını oyun vaxtı bilməlidir”

Fəxrəddin Qurbanov ixitsasca riyaziyyat müəllimidir və 42 ildir pedaqoju fəaliyyət göstərir. Riyaziyyat üzrə 5 klassik məsələlər haqqında elmi məqalənin müəllifidir. Bu yaxınlarda Polşada dərc olunan “SCIENCE REVIEM” elmi jurnalında "Bəzi məhşur tənliklərin kvadraturası haqqında" elmi məqsləsi cap olunub.
Fəxrəddin müəllimlə görüşdük və onun idmanda riyaziyyatın rolu mövzusundakı maraqlı fikirlərini öyrəndik.
Kiyevin məhşur “Dinamo” komandasının yarımmüdafiəçisi Buryak kunc nöqtəsindən topu qapıdan keçirmişdir. Bu onu göstərir ki, Buryak topu hansı bucaq altında vuracağını artıq özlüyündə dəqiqləşdiribmiş. Fikrimcə, bütün məsqçilərin riyaziyyatdan anlayışı olmalıdır. Sadə dillə desək, məşqçi vaxt anlayışını oyun vaxtı bilməlidir. Nə zaman hücuma keçmək, nə ya da zaman müdafiyəyə qayıtmağı bilməli və tələbələrinə düzgün aşılamalıdır. Başqa sözlə, riyaziyyat dünyanın dərk edilməsində əsas amildir desək, yanılmarıq.
Özüm məktəb dövrümdə həvəskar formada futbolla məşğul olmuşam. Topun uçma trayektoriyası, çəkisi, qapının uzunluğu, stadionun uzunluğu və eni bunlar hamısı riyazı terminlərlə bağlıdır. Fikir verin, futbolçuların rəqəmlə tanınması, oyun vaxtının rəqəmlərlə sayılması, oyunun niyə məhz 45 dəqiqə olması, oyuncuların niyə 11 nəfərdən ibarət olması – bunların hamısının cavabı riyaziyyatdadır.
Alxas Məmmədov



Facebook-da paylaş
