Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbolsayağı Maşın Şou


“Dadaşovun 11 dostu” - və ya “Maşın”ı udmağda daha çox kim şanslıdı?

“Maşın” reality-şousunda mübarizəni artıq yalnız 10 nəfər davam edir. “Maşınistlərin” sayı (aparıcını ələvə etməklə) əsl futbol komandasına bənzədiyi üçün istərdim oxucularımıza onların təqdimatını və qalib gəlmək şanslarını da futbolsayağı bildirim.

Başlayaq ötən gecənin qəhrəmanından
.

Talıb Talei bu komandada “qapıcı” kimi görmək olar. Yəni, indiyədək o yalnız özünü arasıkəsilməyən zərbələrdən qorumaqla məşğul olub. Və, çox guman ki, Talıb hansısa bir “zərbənin” qarşısında aciz qalacaq. Amma “qol buraxmayıb”, üçlüyə düşsə, fiziki baxımdan güclü olan qolkiper qalib gəlməlidir. Ona görə də qalib gəlmək şansları 50 faizdir.

Vüqar Əbdulov

Çox gözəl oyun nümayış etdirir - əsl pleymeykerdi, oyunda adı çəkilməsə də belə, vəziyyəti yaxşı idarə edə bilir. Müdafiə də olunur, vaxtı-vaxtında hücuma da qoşulur. Üçlüyə düşmək şansları 60 faiz, qalib gəlmək şansları isə 30 faizdir. Siqaretdən aslılığ öz sözünü deyə bilər.

Rauf Əhmədov

Sırf müdafiəçidir, özü də sağda oynayıb, sol cinaha can atan. Hücum xəttində oynamaqisə, necə deyərlər, onluq deyil - bunu nə qədər istəsə belə. Çünki həlledici məqamlarda hətta boş qapıya qol vurmaq əvəzinə pas ötürür! Amma oyunu “oxya bildiyi” üçün qalib gəlmək şansları az da olsa var – 30 faiz.

İlkin Miskərli

“Maşın” komandasının digər müdafiəçisi İlkin Miskərli hələ ki öz funksiyasını çox gözəl yerinə yetirir. Topsuz oynamağı bacarır, özünü çoxda yormadan rəqibin hücumlarının qarşısını məharətlə alır. Qalib gəlmək şansları 70-75 faizdir - yəni favoritlərdən biridir.

Elşad Xose

“Maşın” yığmasının ikinci yarımmüdafiəçisi və komandanın kapitanı olmağa iddialı bir oyunçu. Üçlüyə düşmək şansları 90 faiz olsa da, qalib gəlmək şansı ondan üç dəfə azdır - fiziki durumu qənaətbəxş olmadığına görə.

Mehriban Xanlarova

Komandanın hal-hazırkı “kapitanı” və mərkəz hücumçusu. Daim rəqibin oyuncularını aldatmağa çalışır, gözəl ötürmələri ilə “qruplaşma yoldaşlarını” zərbə mövqeyinə çıxardır. Onun əsas problemi isə hədindən artıq komanda yoldaşlarına təzyiq göstərməkdir. Buna baxmayaraq, üçlüyə düşmək va qalib qəlmək şansları yüksəkdir – 60-70faiz. Çünki çox iradəli və məqsədyönlü oyunçudur.

Ülviyə Alovlu

Hücum xəttinin “Ronaldusu” – yalnız qol vurmaq istəyir, çox vaxt buna görə də müdafiəyə qayıda bilmir və əks-hücumlar qarşısında aciz qalır. Növbəti əks-hücumum qarşısını ala bilməyəcəyi ünün qalib gəlmək şansları cəmi 20 faizdir. Amma üçlüyə düşsə bu rəqəb ən azı dörd dəfə artacaq, çünki fiziki hazırlığı yüksək səviyyədədir.

Vüsalə Kərimova

Əsas heyyətdə mövqeyini tapa bilmir - gah müdafiəyədə oturur, gah hücuma keçir, hərdən isə “pleymayker” olmsaq eşqinə düşür. Məhz buna görə rəqibləri tərəfindən təzyiqlərə məruz qalır, top onda olanda belə düzgün ötürmə edə bilmir. Buna baxmayaraq meydanda yüksək səsi ilə oyunculara təzyiq göstərməyə çalışır və baş məşqçi funksiyalarını üstünə götürür. Qalib gəlmək şansları 40 faizdir. Lakin üçlüyə düşsə bu rəqəm 100-də çata bilər, çünki çox iradəlidir.

Vüsalə Əlizadə

Komandanın liderlərindən biri - hücuma meyilli yarımmüdəfiəçi. Rəqibin hücumlarından qorxmur, ötürmələr etməsədə belə, özü çox gözəl ücuma keçir və qol vurmağı da bacarır- buna dəfələrlə şahidlik etmişik. Vüsalə çox peşəkar oyun sərgiləyir desək, yanılmarıq. Qalib gəlmək şansları 85-90 faiz.

Xatun

Komandanın içində ən “müəmmalı” oyunçu. İlk baxışdan çox passiv oyun nümayiş etdirsə də, start sürəti çox yüksək olduğuna hücumda təhlükəlidir. Digər oyuncular tərəfindən ciddi rəqib kimi nəzərə alınmamağı bu an onun xeyrinədir. Xatunun fintləri nümunəvi və gözlənilməzdir. Zərbə mövqeyinə çıxanda növbəti addımının necə olduğunu yalnız özü öncədən bilir. Üçlüyə düşmək şansları 20 faizdən çox olmasa belə, ondan hər an zərbə gözləmək olar.

Və nahəyət, komandanın Baş məşqçisi Muraaaaaad Dadaşoooov!

Artıq 12 ildir ki, komandaya rəhbərlik edir. Bu müddət ərzində bir çox oyuncuları kəşf edib, bir çoxlarına gələcək transferlərdə yardımcı olub, bir coxlarının oyunundan isə bolluca dividend qazanıb. Və hər zaman göstərib ki, onun üçün əzəzedilməz oyuncu yoxdu! Vaxtı ilə Faiq Ağayev, Aygün Kazımova kimi peşəkar nəhənglər komandadan getsə belə, Hüseyn Dərya, Murad Arif, Qaraqan,Roza Zərgərli,Günel Ələkbərova kimi oyunçuları kəşf edib. Komandanın indiki heyətində də Talıb Tale kimi “ ikinci diviziyon top qovan ulduzu, “premier-liqaya” tanıtdı.

atv.az


Facebook-da paylaş

Xəbəri paylaş