“Sumqayıt” “Sabah”ın basketbolçusunu icarəyə götürüb

“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.
BrendSport.az xəbər verir ki, komanda müqavilə ilə “Sabah”a məxsus olan Hüseyn Qaflanovu icarəyə götürüb.
O, daha əvvəl İspaniyanın “Real Madrid” və “Valensiya”, “Cənubi Kaliforniya” akademiyalarında, eləcə də VKM, “DME Wisconsin” kimi klublarda çıxış edib.
Facebook-da paylaş





















