Misli Premyer Liqası: “Qarabağ” bu gün “İmişli” ilə qarşılaşacaq

Bu gün Misli Premyer Liqasında X tura start veriləcək.
BrendSport.az xəbər verir ki, günün yeganə oyununda "Qarabağ" “İmişli” ilə qarşılaşacaq.
"Azərsun Arena"da baş tutacaq görüş saat 17:00-da başlayacaq.
Bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci, "İmişli" isə 12 xalla yeddinci yerdədir.
Qeyd edək ki, X turun matçları noyabrın 2-də başa çatacaq.
Facebook-da paylaş
 
			
 
 
 
  
 



















 
