Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İslamiada: Azərbaycan futzal millisinin oyunlarının təqvimi bəlli olub



Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal matçlarının təqvimi müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, bundan 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gələcək.

A qrupu

4 noyabr

Liviya – Azərbaycan

Səudiyyə Ərəbistanı - Özbəkistan

6 noyabr

Özbəkistan – Azərbaycan

Səudiyyə Ərəbistanı – Liviya

8 noyabr

Səudiyyə Ərəbistanı – Azərbaycan

Özbəkistan – Liviya.


Facebook-da paylaş

Xəbəri paylaş